İSRAİLDƏ ÜRƏK ƏMƏLİYYATININ QİYMƏTLƏRİ

Son illərdə müalicə üçün xarici ölkələrə üz tutan azərbaycanlıların sayı artıb. Xəstələr əsasən, əməliyyat üçün Almaniya, Türkiyə və İsrailə üz tuturlar. Artıq bu sahədə ixtisaslaşan tibbi turizm şirkətləri də fəallaşıb.  Bu cür şirkətlər, əsasən, xarici ölkələrin sanatoriyalarına turlar təşkil edirlər. Lakin sırf tibbi turizmlə məşğul olan şirkətlər azdır.

Turizm fins.az İsraildə ürək əməliyyatının qiymətlərini öyrənməyə çalışdı. Belə ki, şirkətlər əsasən Təl-Əviv, Qüds və Herzliya şəhərlərində yerləşən Assuta-Medical Center, Sourasky Medical Center, Herzliya Medical Centerlə əməkdaşlıq etdiklərini bildirdilər.

Necə getmək olar?

Qeyd edək ki, İzrailə müalicə üçün gedərkən ilk növbədə, tibbi viza almalısız. Bunun üçün İzraildə xəstəxanaya xəstəliklə bağlı sorğu göndərilir. Daha sonra həmin xəstəxanadan cavab gəlir və pasientə İsrailə gəlməsi üçün dəvətnamə göndərilir. Bundan sonra həmin ölkəyə getmək üçün viza alınır.

Məlumat üçün bildirək ki, səhhətində problem olan şəxsin yaxınlarından biri də İsrailə gedə bilər və həmin şəxsə viza verilməsi  elə də çətin olmur. Lakin 3-4-cü şəxsin olması viza verilməsində problemlər yarada bilər.

İsrailə gediş-gəliş aviabiletinin qiyməti orta hesabla 700 dollar təşkil edir. İsraildə hoteldə 1 gün qonaqlama isə 100-180 dollar arasında dəyişir. Lakin pasientin vəziyyəti ağırdırsa o birbaşa xəstəxanaya yerləşdirilir və xəstənin bir nəfər yaxını da onunla birlikdə xəstəxanada qala bilər.

Əməliyyat qiymətləri

Qeyd edək ki, İsraildə konsultasiya üçün həkimin qəbulunun qiyməti 150 dollardan başlayır. İsraildə müalicə təşkil edən şirkətdən  əldə etdiyimiz məlumata görə, ürək əməliyyatlarının qiyməti belə dəyişir:

Koronar arteriya bypass əməliyyatı - 38.480 dollar

Qiymətə cərrah haqqı, anestezioloq haqqı, cərrahi komanda haqqı, hospital, reanimasiya xərcləri (5 gün birdəfəlik istehlak dəyəri) daxildir.

Klapan dəyişdirilməsi və ürək klapan əməliyyatı -  48.980 dollar

Qiymətə cərrah, anestezioloq, cərrahi komanda haqları, eləcə də, hospital (4 gün birdəfəlik istehlak dəyəri),  reanimasiya xərcləri daxildir.

Ürəkdə stent qoyma əməliyyatı -  17.800 dollar

Qiymətə cərrah, anestezioloq, cərrahi komanda haqları, əməliyyat sonrası kamerada və xəstəxanada (2 gün əməliyyat dəyəri) qalmaq daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar