Peterburq metrosunda partlayışda şübhəli bilinən şəxsin qohumları danışdı

Sankt-Peterburq metrosunda partlayış törətməkdə şübhəli bilinən Qırğızıstan sakininin qohumları Qırğızıstan hüquq-mühafizə orqanları tərəfindən sorğu-sual olunub.

Bu barədə Trend Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinə istinadən məlumat verir.

daha öncə bildirilib ki, ilkin ehtimala əsasən, Sankt-Peterburq metrosunda partlayış törədən şəxs Qırğızıstan əsillidir.

Bunu Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat katibi Rahat Süleymanov deyib.

R.Süleymanov qeyd edib ki, Dövlət Komitəsi terror aktının tədqiqatı üçün rusiyalı həmkarları ilə mütəmadi təmasdadır.

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar