“Volkswagen” 200-dən çox avtomobili geri çağırır

Volkswagen-logo.svg“Volkswagen Qrupp Russ” şirkəti Rusiyada 200-dən çox “Volkswagen” və “Audi” markalı avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqları və kəmərlərində mümkün qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, 2016-2017-ci illərdə istehsal olunan “Volkswagen”in “Golf”, “Amarok”, “Passat” və “Caravelle” modelli 74 avtomobili, “Audi”nin A4, A5, A6 və A8 modelli 128 avtomobili geri çağırılıb.

Bu avtomobillərdə qeyd edilən hissələrin əvəz ediləcəyi məlumat verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar