“Android” artıq dünyada ən populyar sistemdir

“StatCounter” şirkətində işləyən analitiklərin məlumatına görə, dünyada “Android” sistemi ilə işləyən qurğudan istifadə edənlər başqa mobil və masaüstü sistemlərin istifadəçiləri ilə müqayisədə internetə daha tez-tez daxil olurlar.

“StatCounter” şirkəti internet istifadəçiləri arasında “Android”, “iOS”, “Windows” və “macOS” sistemləri ilə işləyən qurğulardan istifadə aktivliyini araşdırır. Yeni hesabat texnologiyalar tarixində dönüş nöqtəsi olub.

AZƏRTAC “hi-tech.mail.ru” saytına istinadən xəbər verir ki, indi “Android” internetə çıxış üçün istifadə edilən ən populyar sistemdir. Qeyd edək ki, bundan əvvəl “Microsoft” şirkətinin “Windows” sistemi lider idi.

Sistemlər arasındakı fərq hələ ki, böyük deyil: Android (37,93 faiz) və “Windows” (37,91 faiz). Amma “Google” şirkətinin sistemi son 5 ildə sabit artım nümayiş etdirir.

Bu, texnologiyalar tarixində yeni mərhələdir. 1980-ci ildən əməliyyat sistemləri bazarına nəzarət edən “Windows” sisteminin liderliyinin sona çatdığını bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar