Rusiya Belarusa neft satışını bərpa edəcək 

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Belarusa əvvəlki həcmdə neft satışını aprelin 13-dən gec olmayaraq, bərpa edəcək.

«Qüvvədə olan sazişə əsasən, Rusiya Belarusa nəzərdə tutulmuş həcmdə, yəni ildə 24 milyon ton olmaqla, neft satışını bərpa edir. Bu həcmlər cari ildən başlayaraq, 2024-cü ilə qədər hər il göndəriləcək» - deyə, Belarusun Baş nazir müavini Vladimir Semaşko çərşənbə axşamı «Belarus-1» telekanalının efirindən bəyan edib.

Bu ərəfədə məlum olub ki, Rusiya və Belarus neftqaz mübahisəsini artıq tənzimləyib.

«Biz, yanaşmalarımızı saxlayırıq və qiymətlə bağlı mövqeyimizi yaxınlaşdırırıq» - deyə, Prezident Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib. Putin əlavə edib ki, ölkələr «qarşılıqlı güzəşt imkanları tapıblar».

Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç bildirib ki, hökumətlərarası razılaşma sənədinə edilən müvafiq dəyişikliklərin paraflanmasından sonra, Belarus tərəfi «Qazprom»a olan borcunu (təxminən 725 milyon dollar) qaytarır, Rusiya korporasiyası isə öz növbəsində, 2018-ci il üçün güzəşt təqdim edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar