Tereza Mey Səudiyyəni saymadı! - Başına yaylıq örtmədi (FOTO)

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın Baş naziri Tereza Mey Səudiyyə Krallığı Xarici İşlər Nazirliyinin (XİN) təlimatını qulaqardına vurub və bu ölkəyə səfəri zamanı başına yaylıq örtməkdən imtina edib. Xəbəri «The Independent» nəşri yayıb.

Nəşrin məlumatına görə, nazirliyin ekspertləri səfər zamanı Tereza Meyə ənənəvi ərəb donu və dəsmalı geyinməyi məsləhət görüblər. Amma Baş nazir yerli ənənəyə tabe olmaqdan boyun qaçırıb.

«Mən ümid edirəm ki, xalq məni lider kimi görəcək və qadının nəyə nail ola biləcəyini anlayacaq» - deyə, qəzet Baş nazirdən sitat gətirir.

Qəzet onu da qeyd edir ki, Səudiyyə Ərəbistanı qanunlarının toplusunda əcnəbilərin baş örtüyü geyinməsini məcbur edən maddə yoxdur. Ancaq kallığın qonaqları bir qayda olaraq, ciddi müsəlman adətlərini pozmamağa çalışırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar