"ABŞ-Azərbaycan münasibətlərində gərginlikdən çox məyusluq var"- Amerikalı analitik

Amerikalı analitik, Xarici Siyasət Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Cerald Robbins Turan-a müsahibəsində səfir Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibəsindən sonra Amerika-Azərbaycan münasibətlərinin indiki durumunu şərh edib.

“Ümumilkdə, mən səfirin fikirləri ilə razıyam. Bu, diplomatik formul şəklində Azərbaycanda vəziyyətin qiymətləndirilməsi baxımından ümumi baxışı əks etdirir”, - Robbins vurğulayıb. O 90-cı illərin ortalarında Freedom House təşkilatının Bakı proqramının rəhbəri olub.

Azərbaycanın Rusiya və İran arasında strateji regionda yerləşməsi və bu regionda təhlükənin artmaqda olduğunu nəzərə alaraq Xəzər ərazisində sabitliyin saxlanması mühüm mövzudur. Azərbaycanın enerji potensialı şübhəsiz ki, ABŞ-ın diplomatik dairələrində və digər Qərb ölkələrində bu cür fikirləri artırır.

Eyni zamanda sabitlik yalnız regional münaqişələrdən deyil, həm də demokratiyanın səviyyəsindən asılıdır. Səfir Morninqstar müsahibədə bu barədə söyləyib.

“Ümumilikdə, bu, ABŞ xarici siyasətinin adətən üzləşdiyi çağırışdır. Böyük siyasi azadlıq tələbi qeyri-müəyyənliyə və qeyri-sabitliyə gətirib çıxara bilər. “Ərəb baharı”nın nəticələri yaxşı nümunədir”, - Robbins bildirib. Belə ki, regionda dəyişikliyin vacibliyi barədə Vaşinqtonun çağırışları başqa cür nəticələndi.

Avromaydanların Vaşiqnton trəəfindən maliyylələşdirilməsi və idarə olunması barədə rəsmi Bakının ittihamlarını şərh edən analitik deyib ki, bu fikirlər Amerika-Azərbaycan münasibətlərində gərginliyin artmasını əks etdirir. Lakin o inanmır ki, ABŞ Azərbaycanda siyasi narazılıqlar təşkil etmək istəyində olsun.

“ABŞ-ın xarici siyasəti demokratik dəyərlərin bərqərarına yardım göstərməkdən ibarətdir, onları zorlaq qəbul etdirməkdən yox. Avromaydanları konkret cəmiyyətlərdə plüralizmin və ifadə azadlığının olmaması doğurur.Vaşinqtonun belə proseslərə yardım göstərməsi düşünülməmiş və uzağı görməyən hərəkət olardı”, - Robbins vurğulayıb.

Amerika-Azərbaycan münasibətlərinə gəlincə, analitik hesab edir ki, bu münasibətlərdə gərginlikdən çox məyusluq var.

“Əgər əsas problem sabitliksirsə, demokratiya necə inkişaf edə bilər? Bu, eyni zamanda yoxsa tədricən baş verən prosesdir? Demokratikləşmə prosesini idarə etmək olarmı? Bu suallara cavab vermək üçün hakimiyyət və müxalifət onları müzakirə etməli, yalan təsəvvürləri dağıtmalıdır”, - Robbins hesab edir.

Ukrayna hadisələri baxımından regional problemlərdən danışan analitik deyib ki, qonşu regionlarda böhranlar Azərbaycanı asan olmayan duruma düşürür.

“Kremlin Krımda və Qərbi Ukraynadakı hərəkəti Azərbaycanın enerji potensialının asanlıqla ələ keçirilməsinin mümkünlüyü barədə xəbərdarlıqdır və xüsusilə əgər bu, Rusiyanın maraqlarına təhlükə törədir və ya rəqabət aparılırsa”, - analitik vurğulayıb.

Qarabağ probleminin nizamlanmasına gəlincə, ekspert hesab edir ki, Krımın bu yaxınlardakı anneksiyası nəzərə alınmaqla bu, ayrıca məsələdir.

“Mən inanmıram ki, Rusiya Azərbaycanda da analoji əməliyyatı həyata keçirəcək, lakin dövlət hakimiyyətini pozmaq üçün pozucu vasitələrdən istifadə etmək mümkündür”, - analitik hesab edir.

Eyni zamanda o qeyd edib ki, Rusiyanın hədələrinin qarşısını almaq üçün məhdud variantlar var: bu 2008-ci il Gürcüstan hadisələrini nəzərə almaqla NATO-nun Cənubi Qafqazda müdafiə çətirinin genişləndirilməsidir. Eyni zamanda Avropa Rusiyanın enerjidaşıyıcılarından asılılığına görə öz hərəkətlərinə ciddi şəkildə təmkinlə yanaşır.

ABŞ-ın regiondakı xarici siyasətinə toxunan Robbins qeyd edib ki, Obama administrasiyası doktrinası işləmir və regionda daha aktiv rol tələb olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar