Mədət Quliyev Putinlə görüşdə

Rusiya prezidenti Vladimir Putin Kremldə MDB ölkələrinin xüsusi xidmət orqanlarının başçıları ilə görüşüb.

Virtualaz.org bildirir ki, xəbəri Rusiya KİV-i yayıb.

Görüşdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev də iştirak edib.

Vladimir Putin görüşdə çıxış edərək qeyd edib ki, MDB ölkələrində təhlükəsizliyə əsas təhdid mütəşəkkil cinayətkarlıq, narkotrafik, həmçinin korrupsiya və xarici güclərin daxili siyasi vəziyyətə təsiridir.

"Sizin qarşısında çox mürəkkəb, müxtəlif vəzifələr durur. Və mənə qeyd etmək çox xoşdur ki, əməkdaşlıq qaydaya salınıb və effektiv inkişaf edir", - deyə Rusiya lideri görüş iştirakçılarına müraciət edərək vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar