1 milyon 250 min manata mənzil alan general kimdir? 

Azinform.az təxminən 6 ay bundan əvvəl çox böyük vəzifəyə təyin edilən, hazırda isə general-mayor rütbəsi daşıyanl şəxslərdən biri ilə bağlı maraqlı məlumat əldə edib. Doğruluğuna zərrə qədər də şübhə olmayan bu məlumatda vəzifəyə təyin olunan həmin generalın fantastiq məbləğdə pulları sağa-sola xərcləməsindən söz açılır. Metronun Nərimanov ərazisinə yaxın üç otaqlı mənzildə yaşayan general yeni təyinatdan qısa müddət sonra elə həmin ərazidə daha bir bahalı mənzil alıb. General maksimum dərəcədə bu informasiyanın gizli qalmasında maraqlı olub. Ən maraqlısı isə sonradan baş verib.

General yaşadığı kommunal şəraitin pis olmasından yuxarılara şikayətlənir. Nəticədə ona şəhərin mərkəzində başqa bir mənzil almağa icazə verilir. Hətta bu məqsədlə «ümumi katyol»dan generala pul da ayrılır. General isə bu məsələdə ətrafına böyük fırıldağ gəlir. Onun tikinti işlərinə baxan Eldar adlı şəxsə şəhərin mərkəzi hissəsində, bir binada, biri-birinə divar-divara bitişik olan üç mənzil tapmaqla bağlı göstəriş verilir. Qısa müddətdən sonra, Eldar generalın tapşırığını layıqincə yerinə yetirməyi bacarır. «HYATT REGENCY BAKU» otelinin yaxınlığında olan İzmir parkına bitişik möhtəşəm binadan general üçün onun verdiyi sifarişin parametrlərinə uyğun 3 mənzil alınır. Ümumi sahəsi 500 kvadarat metr olan mənzillərin hər kvadratı üçün 2500 manat ödənilir. Sadə riyazi hesablama aparmaqla görərik ki, general mənzil «probleminin» həlli üçün ümumilikdə 1 milyon 250 min manat pul ödəyib. Təbii ki, mənzillər generalın deyil, Rusiyada yaşayan bir qohumunun adına sənədləşdirilib. Bu genaralın 6 aylıq məsrəfləri sırasından bizə bəlli olandı. Bizim üçün maraqlıdır 6 ay ərzində general bu qədər pulu hansı yolla qazana bilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar