“Meyxanaçı Kərimin vəziyyəti hazırda yaxşıdır” - Mərkəzi Klinik Xəstəxana

Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən meyxanaçı Kərimin (Kərim Novruzov) vəziyyəti hazırda yaxşıdır.

Bu barədə "Report"a açıqlamasında Xəstəxananın Reanimasiya şöbəsinin müdiri Vüqar Əbdülkərimov məlumat verib.

O bildirib ki, meyxanaçı hazırda xəstəxananın reanimasiya şöbəsindədir: "Kərim Novruzov insult keçirib. Xəstəxanaya gələndəki vəziyyəti ilə indiki durumu arasında müsbətə doğru irəliləyiş var".

V.Əbdülkərimovun sözlərinə görə, K.Novruzovun əməliyyat olunması gözlənilmir.

Qeyd edək ki, K.Novruzov 1964-cü ildə Maştağada anadan olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar