Şəmkirdə avtomobil kanala aşıb, sürücü xəsarət alıb

Şəmkirdə avtomobil idarəetmədən çıxaraq kanala aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qaracəmirli kəndində baş verib.

Belə ki, Şəmkir rayon sakini, 1995-ci il təvəllüdlü Eşqin Hüseynovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb.

O, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar