“Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib” - Tramp

”Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib”

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Dünən uşaqlara edilən hücum məni çox sarsıtdı. Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib”, deyə D.Tramp bildirib.

O qeyd edib ki, kimyəvi silahdan istifadə hallarına əvvəllər də təsadüf edildiyini nəzərə alaraq, Suriyada münaqişə yeni səviyyəyə keçir. “Dünən baş verənlər qəbuledilməzdir”, deyə D.Tramp vurğulayıb.

Qeyd edək ki, ötən gün Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadə edilməsi barədə məlumatlar yayılıb. Nəticədə 80 nəfərin öldüyü və 200 nəfərin yaralandığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar