Dünyanın ən gözəl meri – FOTO

Dərc olunub: 05/04/2017 - 22:57

kayane lopes“Dünya gözəli 2009” titulunun sahibi Kayane Lopes Böyük Britaniyanın xaricdəki ərazisi Cəbəllütariqin meri olub.

Axar.az xəbər verir ki, “Deyli Teleqraf” nəşrinin yaydığı məlumata görə, 30 yaşlı Lopes Cəbəllütariq tarixində ən gənc merdir. Bir sıra yerli KİV-lər onu, həmçinin “dünyada ən gözəl mer” adlandırıblar. O, The Daily Telegraph nəşrinə müsahibəsində britaniyalı olmasından qürur duyduğunu bildirib. “Cəbəllütariq Böyük Britaniyaya məxsusdur və həmişə onun bir hissəsi olaraq qalacaq”, – deyə Lopes qeyd edib.

Kayane Lopes bu vəzifəyə təyin edilməzdən əvvəl həmin postu tutan Adolfo Kanepanın müavini olub.

Cəbəllütariq meri yerli parlamentin üzvləri tərəfindən təyin olunan formal vəzifədir. Onun səlahiyyətlərinə tamamilə formal administirativ işlər daxildir. Bundan başqa, Cəbəllütariq meri maaş almır.

kayane


loading...

Fikrinizi bildirin