"Qəbələ"yə uduzsaq, hər şey tərsinə çevrilə bilər" - Qurban Qurbanov

qurban qurbanov"İlk oyundan sonra da bu matçın çətin olacağını demişdim. Bu gün bir daha bunun şahidi olduq. Oyunçularda da, məndə də, qarşılaşmanın sonuna kimi arxayınçılıq olmadı. “Neftçi” yaxşı komandadır. Belə davam etsələr, istənilən rəqibə qarşı nəticə qazanmaq gücündədirlər. Oyunçularıma təşəkkür edirəm. Ardıcıl üçüncü dəfə finala çıxdıq. Qarşıda bizi “Qəbələ”yə qarşı çətin oyun gözləyir. Komandada yorğunluq olsa da, həmin oyuna hazır olmağa çalışacağıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə “Neftçi” ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra deyib. 45 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Sizcə, “Qəbələ” ilə oyun qızıl medalın taleyini həll edəcək?

- Belə düşünmürəm. Son turadək gərginlik davam edəcək. Kənardan bəlkə, həmin matçın həlledici olduğunu düşünmək olar, ancaq məğlub olsaq, hər şey tərsinə çevrilə bilər. Hər şey mümkündür. Həm “Qəbələ”, həm də biz düşünmədiyimiz oyunlarda xallar itirmişik.

- “Qəbələ” ilə son oyunlarda söz-söhbət çox olub. İstərdinizmi ki, finalda “Qəbələ” yox, “İnter”lə qarşılaşasınız...

- Bizim istəməyimizlə deyil. Bəzi komandalarla oyun çətin keçir. “Qəbələ” də bu cür rəqiblərdəndir. Maraqlı, ancaq çox çətin olacaq.

- Yığmanın oyunlarından sonra Əfran İsmayılov çox tənqid olundu. Onun hazırda psixoloji vəziyyəti nə yerdədi?

- Normaldır. Hər oyundan sonra bəzi oyunçular tənqid olunur, bəzi oyunçular təriflənir. Əfran təcrübəli oyunçudur. Ancaq bir az ruhdan düşmüşdü, yorğunluq da var idi. Ancaq indi hər şey qaydasındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar