Ziya Məmmədovla Cavid Qurbanovun münasibətlərində problem yaranıb? - Açıqlama

"Nəqliyyat naziri olaraq Ziya Məmmədovun rəhbərliyi altında çalışan bütün kollektivlə münasibətləri çox şəffaf və normaldır"

"Bunların hamısı iftiradır, yalandır. Ziya Məmmədovla Cavid Qurbanov arasında heç bir problem yoxdur." Bunları deputat, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov "publika.az" saytına müsahibəsində deyib.

O, mətbuatda Ziya Məmmədovla "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov arasında münasibətlərin soyuq olduğu, hətta rəhbər-işçi münasibətlərində subardinasiyanın gözlənilmədiyini haqda yazılarla bağlı sualı cavablandırarkən deyib ki, nəqliyyat naziri olaraq Ziya Məmmədovun rəhbərliyi altında çalışan bütün kollektivlə münasibətləri çox şəffaf və normaldır.

"Aralarında isti münasibətlər var və bunun da bariz nümunəsi olaraq Ziya müəllimin rəhbərlik etdiyi bütün sahələrdə ona rəhbərlik edən insanların gördüyü işlər də göz qabağındadır. Bu işlərin hər biri ürək açandır, bu xalqa xidmət edəndir, müasir infrastrukturlardır. İstər avtomobil nəqliyyatının, istər yol-nəqliyyat infrastrukturunun, istərsə də dəmir yolunun təkmilləşdirilməsində və yeni beynəlxalq dəmir yolunun çəkilməsi buna bariz nümunədir ki, rəhbərin tabeçiliyində olan digər insanlarla heç vaxt pis münasibəti yoxdur. Pis münasibət yalnız hər hansı verilən işin öhdəsindən sağlam və layiqli gələ bilməməkdən ola bilər. Bununla bağlı isə qanuna uyğun olaraq tədbirlər görülməlidir. Ən pis halda isə həmin insan təbii ki, tutduğu vəzifədən azad oluna bilər. Bu isə indi hər bir vəzifəli insana şamil edilə bilər."

Qeyd edək ki, Cavid Qurbanovla Ziya Məmmədov keçmişdə həm də yaxın dost olublar. Lakin son vaxtlar mətbuatda mütəmadi olaraq onların münasibətlərində problemlər yarandığı haqda məlumatlar gedir. Cavid Qurbanov bir neçə ay əvvəl Paşayevlər ailəsi ilə qohum olduqdan sonra isə bu səpgili məlumatlar daha da intensivləşib. Bəzi məlumatlara görə, hakim ailənin birbaşa himayəsini qazanan C.Qurbanovun keçmiş dostu ilə münasibətlərində soyuqlaşma başlayıb.

V.Nəsibov

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar