DOLLAR SÜRƏTLƏ DÜŞÜR - Sabahın məzənnəsi açıqlandı

3974081-dollar-with-arrow-down-showing-depression-recession-and-economic-downturn

07.04.2017-ci il tarixindən etibarən Mərkəzi Bankın rəsmi məzənnəsi 1 ABŞ dolları 1,7031 manat səviyyəsində müəyyən olunub.

Bu barədə Mərkəzi Bankdan bildirilib.

Bu gün rəsmi məzənnə 1.7140 manat səviyyəsində olub.

* * *

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7031 səviyyəsində formalaşıb.

Qeyd edək ki, AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7140 səviyyəsində müəyyən edib. Beləliklə, manat dollara nisbətən 0,6% möhkəmlənib.

Bu gün keçirilən valyuta hərracından sonra kommersiya banklarında və "qara bazar”da Amerika valyutasının məzənnəsi sürətlə düşür.

Artıq “qara bazar”da dolları 1,64 manata alırlar. Bu son bir neçə ay ərzində dollar alınmasında ən aşağı məzənnədir.

* * *

Bu gün Mərkəzi Bank növbəti valyuta hərracı keçirir. Fins.az xəbər verir ki, Dövlət Neft Fondunun hərraca çıxardığı valyutanın məbləği dəyişməyb.

Ötən hərracda olduğu kimi bu gün də məbləğ 35 milyon dollar olacaq.

Xatırladaq ki, son hərracda manatın orta çəkili məzənnəsi azalaraq 1.7145 səviyyəsində formalaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar