Tərtərdə vəziyyət necədir? - İcra başçısından açıqlama

Aprelin 6-da səhər saatlarından erməni silahlı birləşmələri Tərtərin Qapanlı kəndini atəşə tutub.

Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, hadisə nəticəsində Qapanlı kəndində iki həyətə 4 ədəd 60 mm-lik mərmi düşüb: "Nəticədə həyətdəki ev quşları tələf olub. Mərmilərdən biri isə həyətdəki yaşayış olmayan yarımçıq tikiliyə düşüb və tikili dağılıb. Səhər saatlarından kənd mütəmadi atəşə tutulurdu. Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub. Bir neçə saatdır ki sakitlikdir”.

M.Məmmədov qeyd edib ki, hadisə nəticəsində sakinlərdən ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar