Həsən Ruhaninin seçkilərdə əsas rəqibləri müəyyənləşib

İranda keçiriləcək prezident seçkilərində prezident Həsən Ruhaninin əsas rəqibləri müəyyənləşib.

APA-nın Tehran bürosunun məlumatına görə, İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsinin 2-ci Baş Assambleyası prezidentliyə 5 namizəd seçib: İmam Rzanın hərəminin məsulu Seyid İbrahim Rəisi, sabiq deputatlar Əli Zakani, Mehrdad Bəzrpaş, Tehran meri Məhəmməd Baqir Qalibaf və keçmiş energetika naziri Pərviz Fəttah. Bu 5 nəfərin hər biri öhdəlik götürüb ki, seçki gününə qədər bir-birinin xeyrinə yarışdan geri çəkiləcək və sonda vahid namizəd müəyyən olunacaq.

Sabiq prezident Mahmud Əhmədinejad isə qarşıdan gələn seçkilərdə özünün sabiq müavini Həmid Bəqayini dəstəklədiyini elan edib.

İranın prezident seçkiləri may ayının 19-da keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar