"Şəxsən məni bu cür xəbərlər qəti maraqlandırmır" - Natiq Əliyev

"TANAP layihəsinə başqa ölkələrin qoşulması ilə bağlı mütəmadi olaraq mətbuatda xəbərlər yer alır. Şəxsən məni bu cür xəbərlər qəti maraqlandırmır". Bunu APA-ya açıqlamasında Türkiyədə səfərdə olan energetika naziri Natiq Əliyev bildirib.

"Bizim işimiz "Cənub Qaz Dəhlizi", o cümlədən onun komponentləri olan TANAP kimi layihələrin vaxtında icra olunmasıdır. Biz 2019-cu ildə Azərbaycan qazını Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırmağı söz vermişik və sözümüzün üstündə duracağıq. Bu, dövlətimizin əsas məqsədlərindən biridir. TANAP-a kimin qoşulub-qoşulmayacağı məni maraqlandırmır. Mən 10 ildir bu cür söz-söhbətləri eşidirəm. Bu barədə artıq danışmaq istəmirəm", - deyə nazir qeyd edib.

TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir (illik 31 mlrd. kubmetrədək artırıla bilər).

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 mlrd. dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 mlrd. dollardır. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir.

Layihənin səhmdarları: SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar