NATO-nun Daşkənddəki bürosu bağlandı

NATO-nun Mərkəzi Asiya ölkələri ilə əlaqə və qarşılıqlı fəaliyyət üzrə Daşkənddəki bürosu bağlanıb.

“Report” xəbər verir ki, bu barədə aprelin 6-da büronun əməkdaşları RİA "Novosti”yə bildiriblər.

“Büronun bağlanması proseduru başa çatıb. Bu 2017-ci il martın 31-dən fəaliyyə göstərmir. Apreldən Mərkəzi Asiya ölkələri ilə birbaşa təmas Brüsseldən saxlanılacaq”, - büronun əməkdaşları bildiriblər.

Məlumata görə, Özbəkistan paytaxtndakı büronun bağlanması haqqında qərar 2016-cı ilin payızında qəbul edilib. Ötən ilin noyabrında NATO-nun Mərkəzi Asiyadakı Bürosunun başçısı Rozariya Pulizi deyib ki, ofis daxili büdcə baxış nəticəsində bağlanır və siyasi xarakter daşımır.

Qeyd edək ki, bu ofis 2014-ci ilin mayında açılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar