Obameyanqa 100 minlik cəza - Maskaya görə

Dortmund "Borussiya"sı futbolçusu Pyer-Emerik Obameyanqı cəzalandırıb.

Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, klub qabonlu hücumçunu 100 min avro cərimələyib.

Buna futbolçunun "Şalke" ilə oyunda qol sevinicini "Nike" firmasının hazırladığı "hörümçək adam" maskası ilə qeyd etməsi səbəb olub. Məsələ ondadır ki, "Borussiya"nın texniki sponsoru "Puma"dır.

Qeyd edək ki, "Borussiya" klubu "Şalke" ilə oyundan bir gün sonra Obameyanqın cəzalanacağını açıqlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar