"Barselona" Koutinyo ilə bağlı danışıqlara başlayıb

"Liverpul"un futbolçusu Filippe Koutinyo karyerasını “Barselona”da davam etdirə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu brazilyalı yarımmüdafiəçinin meneceri ilə danışıqlara başlayıb.

24 yaşlı futbolçunun adı qış fasiləsində də Kataloniya klubu hallansa da, o, komandada qalmağı üstün tutmuşdu. “Barselona”nın braziliyalı futbolçusu Neymarın da həmyerlisi və millidəki komanda yoldaşı ilə bu transfer haqda danışdığı, Koutinyonun isə “Liverpul”dan ayrılmağa razı olduğu bildirilir.

Qeyd edək ki, 2013-cü ildən "Liverpul"da çıxış edən Koutinyonun klubla 2022-ci ilə qədər müqaviləsi var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar