Əsədə hərbi zərbə endirməyi müzakirə edir – Tramp fikrini dəyişdi

Dərc olunub: 06/04/2017 - 21:27

tramp02ABŞ prezidenti Donald Tramp Konqresin bir qrup üzvünə bildirib ki, Suriya rejiminin İdlib əyalətində müxaliflərin nəzarətində olan yaşayış məntəqəsinə kimyəvi silah hücumundan sonra Dəməşqə qarşı hərbi zərbə barədə düşünür.

Virtualaz.org xəbər verir ki, bu barədə CNN administrasiyadakı mənbəyə istinadən bildirir. Telekanalın xəbərinə görə, hələlik bu barədə hansısa qərar yoxdur, ancaq Tramp müdafiə naziri Ceyms Mattislə Suriya rejiminə qarşı mümkün hərbi zərbələr barədə müzakirələr aparır. Ehtimal olunur ki, prezident bu məsələdə Pentaqonun mövqeyinə əsaslanacaq.

Bundan əvvəl Donald Tramp bəyan etmişdi ki, İdlibdəki kimyəvi silah hücumundan sonra Bəşər Əsədlə bağlı fikrini dəyişib. Onun sözlərinə görə, bu hücum münaqişəni yeni mərhələyə keçirib. Və sivil dünya baş verənlərə laqeyd qala bilməz. Tramp kimyəvi silah hücumuna görə məsuliyyəti Dəməşqin daşıdığına tam əmin olduğunu bildirib.

Suriya rejiminin kimyəvi silah hücumu nəticəsində ölənlərin sayı 100-dən çoxdur.










loading...


Fikrinizi bildirin