Hacıqabulda yol qəzası baş verib, 1 nəfər yaralanıb

Hacıqabulda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər yaralanıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun rayonun ərazisindəki "Qədirxum" restoranı yaxınlığında baş verib.

“Kamaz” markalı yük maşını ilə “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 56 yaşlı Saray Rəhbər qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar