Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Qezada-sinmish-padpres-180912Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun avtovağzal ərazisində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil yolu keçən piyadanı vurub. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. Meyitin şəxsiyyəti hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar