Çin rəhbəri ABŞ-a səfər edib

Çin Xalq Respublikasının sədri Si Tzinpin ABŞ-a səfər edib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Çin liderinin təyyarəsi yerli vaxtla 13.40-da (Bakı vaxtı ilə 21.40-da) Floridanın “Palm Biç” hava limanında eniş edib. ABŞ prezidenti Donald Trampın da yaxın saatlarda Floridaya səfər edəcəyi gözlənilir.

Trampın Si Tzinpinlə ilk görüşü onun Floridadakı “Mar-a-Laqo” iqamətgahında baş tutacaq. Liderlərin bu gün axşama birgə şam yeməyi nəzərdə tutulub. Danışıqların aprelin 7-də keçiriləcəyi planlaşdırılıb.

Görüşdə ikitərəfli münasibətlər, ticarət disbalansı, Tayvan məsələsi, Cənub-Çin dənizi ətrafındakı mübahisə və Şimali Koreyanın nüvə problemi kimi məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir.

Ekspertlər hazırkı səfərin tanışlıq xarakteri daşıdığını, ciddi razılaşmaların əldə edilməyəcəyini proqnozlaşdırırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar