«Nurofen»in istehsalçısı 6 milyon dollar cərimələndi! - İstehlakçıları aldatdığına görə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avstraliya Federal məhkəməsi ağrıkəsici dərman preparatı «Nurofen»in istehsalçısı «Reckitt Benckiser» şirkətini 6 milyon dollar cərimələyib. Səbəb - istehlakçıların aldadılmasıdır.

Məlum olub ki, bu preparatın müxtəlif növləri reklam və etiketində həkk olunmuş informasiyaya görə, müxtəlif ağrıların aradan qaldırılmasına yönəldilib və adi «Nurofen»lə müqayisədə yüksək qiymətlərə satılsa da, tərkibində eyni konsentrasiyada eyni aktiv maddə var. Araşdırmalar göstərib ki, istehsalçının təqdimatının əksinə olaraq, baş ağrısı və qadınlarda «aybaşı» zamanı istifadə olunan dərmanlar arasında heç bir fərq yoxdur - həblərin tərkibi eyni miqdarda, eyni təsiredici maddədən ibarətdir.

Xəbəri «Australian Broadcasting Corporation» təşkilatı yayıb.

İddia İstehlakçıların hüquqlarının müdafiəsi və rəqabət məsələləri üzrə Avstraliya komissiyası (qeyri-hökumət təşkilatı) tərəfindən qaldırılıb. Təşkilatın nümayəndələri müəyyən ediblər ki, «Nurofen»in bütün modifikasiyalarından olan həblər - baş ağrısı, kürək ağrısı, miqren və menstural ağrılar zamanı istifadə olunan həblərin tərkibi eyni təsiredici «İbuprofen lizin» maddəsindən (aktiv inqrediyent) ibarətdir. Üstəlik də, müxtəlif həblərdə bu maddənin miqdarı eynidir - 342 milliqram (Bu dozirovka Avstraliya üçündür və digər ölkələr üçün dəyişə bilər).

Buna baxmayaraq, istehsalçı təsdiqləyir ki, «Nurofen»in müxtəlif modifikasiyaları məqsədli şəkildə, yalnız hansısa bircə ağrı növünə təsir edir. Qiymətlərin də eyni olması Avstraliya Komissiyası tərəfindən alıcıların aldadılması kimi xarakterizə olunur. Məsələn, alıcı düşünə bilər ki, baş ağrısına və kürək ağrısına qarşı bir qab preparat almaq əvəzinə, iki müxtəlif bağlıda həb almaq lazımdır. Beləliklə o, lüzumsuz yerə artıq pul xərcləməli olacaq.

İddia bir il bundan əvvəl qaldırılıb. Əvvəlcə, şirkətin 1,7 milyon dollar cərimələnməsi planlaşdırılsa da, sonradan məbləğ 6,0 milyon dollara qaldırılıb. Müqayisə üçün bildirək ki, 2011-2015-ci illər aralığında sözügedən şirkət «Nurofen»in müxtəlif «ixtisaslaşmış» modifikasiyalarının satışından 45 milyon dollar gəlir əldə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar