Putindən Netanyahuya xəbərdarlıq: Qəbuledilməzdir

Rusiya lideri Vladimir Putinlə İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.Axar.az xəbər verir ki, danışıq zamanı Rusiya dövlət başçısı Netanyahuya Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadəyə görə əsassız ittihamların səsləndirilməsinin qəbuledilməz olduğunu bildirib.

“Kimə qarşı olursa-olsun. Əsaslı şəkildə əhatəli və tərəfsiz beynəlxalq araşdırma aparılmadan ittihamların səsləndirilməsi qəbuledilməzdir”, - Putin bildirib.

Netanyahu da öz növbəsində terrora qarşı mübarizənin gücləndirilməsinin vacibliyini qeyd edib.

O, həmçinin Sankt-Peterburq şəhərində metroda baş verən terror aktı səbəbilə Kreml rəhbərinə başsağlığı verib.

Xatırladaq ki, İsrail baş naziri Suriyanın İdlib şəhərində kimyəvi silahlardan istifadə nəticəsində 100-dən çox dinc sakinin ölümünə görə Əsəd rejimini ittiham etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar