İbrahimovlarla bağlı yeni iddia - Onlar Mirzə Cəlilə niyə nifrət edir?

Sosial şəbəkələrdə "Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov), o cümlədən qardaşı – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov barədə növbəti, həm də maraqlı müzakirə açılıb.

İddialara görə, qardaşlar görkəmli dramaturq, yazıçı, böyük satirik Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” povestindəki mənfi qəhrəman Xudayar bəyin nəvələridir. Hətta iddia edilir ki, İ.Nehrəmlinin əvvəllər  ATV telekanalının rəhbəri olmuş digər qardaşı Sahib İbrahimov bunu işçilərinə də söyləyib. Məhz buna görə də İbrahimov qardaşlarının babaları Xudayar bəyin mənfi obrazını yaratdığına görə Mizə Cəlilə kin bəslədikləri deyilir.

Maraqlıdır ki, bu müzakirələri açan da, İbrahimovların Xudayar bəyin nəvə-nəticələri olduğunu iddia edənlər də əsasən jurnalistlərdir. Hətta aralarında ATV-nin sabiq əməkdaşları da var...

 Hacı İbrahim Nehrəmli məsələ ilə bağlı Modern.az-a açıqlama verib. İş adamı bu iddiaları özləri barəsində yayılan növbəti yalan adlandırıb:

 "Mənim babam Novruzəli olub, onun da atasının adı Kazım idi. Ona da kəndçi Kazım deyirdilər. Babamın adının Xudayar olduğunu kim deyirsə, qoy həqiqəti öyrənsin (gülür)”.

 İ.Nehrəmli Mirzə Cəlil yaradıcılığını çox sevdiyini deyib:

"Mənim Mirzə Cəlilə böyük hörmətim var. O, tanınmış, dahi insandır. Ona necə kin bəsləmək, nifrət etmək olar? Bu nə absurd fikirlərdir? O, öz zamanının iç üzünü açıb deyən insan olub. Onu sevməmək mümkün deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar