Stokholmda terror - Ölənlər var (FOTOLAR)

İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” yerli mətbuata istinadən xəbər yayıb.

Hadisə nəticəsində 3 nəfər ölüb. Həmçinin xəsarət alanların olduğu bildirilir.

Stokholm polisi bu gün şəhərdə yük maşını sürücüsünün avtomobili insanların üzərinə sürməsinin terror aktı ola biləcəyini nəzərdən keçirir.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, polisdən bildirilib ki, baş verən avtoqəza deyil, terror aktıdır.

Təsdiqlənməmiş məlumatlara hadisənin baş verdiyi ərazidə silah səsləri eşidilib.

Polis hadisə nəticəsində iki nəfərin öldüyünü təsdiqləyib, vətəndaşları şəhər mərkəzindən uzaqlaşmağa çağırıb.

Başqa bir məlumata görə, avtomobil insanları vurandan sonra mağazaya girib.

Stokholmda polis yük avtomobilini insanların üzərinə sürən şəxsi saxlayıb.

Bu barədə RİA "Novosti" yerli mediaya istinadən yazıb.

Hadisədən dərhal sonra metro bağlanıb.

“Bütün əlamətlər onu göstərir ki, baş verən hadisə terror aktıdır”.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu İsveçin baş naziri Stefan Löven deyib.

Yük avtomobilinin məxsus olduğu “Spendrups” şirkəti avtomobilin qaçırıldığını açıqlayıb.

[gallery ids="309971,309972,309973,309974,309975,309976"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar