Gəncləri Ərdoğanın görüşünə aparan avtobus aşdı - 3 ölü, 20 yaralı

Türkiyənin Adana vilayətində avtobus aşıb.

Trend-in məlumatına görə, avtobusdakılar Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək silsilə açılış mərasimlərinə gedirmiş.

Hadisə nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Kozan rayonundan yola çıxan avtobusun sərnişinləri əsasən gənclərdən ibarət olub.

Sürünücün idarəetməni itirməsinə səbəb kimi yağışlı hava şəraiti göstərilir.

Yaralılar xəstəxanalara çatdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar