“Trampın siyasəti Rusiya ilə hərbi toqquşma riski yaradır” - Medvedev

Rusiya baş naziri Dmitri Medvedev ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib.

APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Medvedev özünün “Facebook” səhifəsində yazıb ki, ABŞ prezidenti Donald Tramp İŞİD-ə qarşı Rusiya ilə birlikdə mübarizə aparmaq əvəzinə Suriyanın qanuni hökuməti ilə qəzəbli şəkildə rəftar edəcəyini nümayiş etdirib.

“ABŞ-ın Suriyaya hücumu zamanı beynəlxalq hüquq normaları pozulub. Eyni zamanda, hücum BMT-nin qərarı olmadan təşkil olunub”, - deyə o vurğulayıb.

Baş nazirin sözlərinə görə, Trampın bu addımı sübut edib ki, onun siyasəti Rusiya ilə hərbi toqquşma ehtimalı yaradır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar