“Barselona” Ardanı “Arsenal”a satır?

arda“Barselona”nın futbolçusu Arda Turan karyerasını “Arsenal”da davam etdirə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə İspaniyanın “El Mundo Deportivo” nəşri xəbər yayıb.

London klubundan Hektor Bellerini transfer etməyə çalışan Kataloniya təmsilçisi əvəzində qarşı tərəfə Ardanı və müəyyən məbləğdə pul təklif edib.

Türkiyəli futbolçunu heyətinə cəlb etməkdə maraqlı olan “Arsenal”ın bu təklifə razılıq verəcəyi gözlənilir.

Britaniya mətbuatı isə Premyer Liqa təmsilçisinin Arda üçün 25 milyon funt sterlinq ödəməyə hazır olduğunu yazıb.

Qeyd edək ki, Ardanın “Barsa” ilə 2020-ci ilə qədər müqaviləsi var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar