İŞİD Mosulda dinc əhaliyə qarşı zəhərləyici qaz tətbiq edib

Dərc olunub: 07/04/2017 - 22:11

mosul isidİŞİD terror qruplaşmasının silahlıları cümə günü Mosulda dinc əhalini tərkibində döyüş qazı olan mərmilərlə atəşə tutublar.

“Report” xəbər verir ki, bu barədə şəhər bələdiyyəsinin sədri Əbdül Səttar əl-Xabuya istinadən RİA “Novosti” məlumat yayıb.

“İŞİD bu gün dinc əhali və azad olunmuş Yarmuk və Mətahin rayonlarında olan hökumət qüvvələrinə qarşı tərkibində döyüş qazı və xlor olan mərmilərdən istifadə edib”, — deyə mənbə bildirir.

Onun sözlərinə görə, terrorçuların bu əməlindən neçə nəfərin zərər çəkdiyi barədə hələ ki, dəqiq məlumat yoxdur.


loading...




Fikrinizi bildirin