Özünü bərpa edə bilən şüşə hazırlanıb

Amerikalı alimlər tərəfindən zədələnən zaman özünü bərpa edə bilən material hazırlanıb.

Trend-in məlumatına görə, yeni maddə elektrik keçirmək xüsusiyyətinə malik olduğundan onu smartfonlar üçün displey kimi də istifadə etmək mümkündür.

Kəşfin müəllifləri Kaliforniya Universitetinin bir qrup alimləridir. Qrupun rəhbəri Çao Van bildirib ki, material dartıldığı zaman onun uzunluğu 50 dəfə artır, parçalandıqda isə hissələri bir sutkadan gec olmayaraq yenidən bərpa olunur.

Yeni işləmənin əsasını ion-dipol əlaqəsi prisipi təşkil etdiyinə görə, molekullar bir-birini cəzb edərək cızıq və parçalanmaları aradan qaldırırlar.

Çao Vanın diqqətə çatdırıb ki, 3 ildən sonra özlərini bərpa edən materiallar sənayedə, xüsusi ilə smartfonların istehsalında kütləvi şəkildə istifadə olunacaq.

Xatırladaq ki, bundan əvvəl alimlər tərəfindən xüsusi maye əsaslı özünü bərpa edən digər material hazırlanmışdı. Həmin materialın istifadəsi kosmik sahədə baş verən qəzalar zamanı nəzərdə tutulmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar