«YUBKALI İBLİS» - «Tomaqavk» zərbələrinə qadın rəhbərlik edib!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bir neçə gün bundan əvvəl Suriya aviabazasına «Tomaqavk» raket zərbələri endirən Amerika Birləşmiş Ştatlarının (ABŞ) «Porter» esminesinə komandanlığı qadın edib - «yubkalı iblis» Andrea Slau!

Məlumata görə, Slau ABŞ hərbi-dəniz akademiyasını bitirib, okeanşünaslıq üzrə mühəndislik bakalavr elmi dərəcəsini alıb və xidmətə başlayıb. O, esmines ekipajına daxil edilib və atəşin idarə olunması üzrə zabit vəzifəsinə təyin olunub. Slau Qətərdə hərbi xidmət keçib, İraqdakı hərbi əməliyyatlarda (2013) iştirak edib, leytenant rütbəsi və çoxlu sayda mükafatlar alıb.

Xatırladaq ki, cümə günü gecə ABŞ hərbçiləri Suriyanın Homsə aviabazasına raket zərbələri endiriblər. Zərbə nəticəsində 10-a qədər əsgərin və 9 dinc sakinin həlak olduğu bildirilir.

Qeyd edək ki, ABŞ-n USS Porter esminesi idarə olunan raket sistemləri ilə təchiz edilib, «Norflok» dəniz stansiyasına (Virginiya ştatı) təhkim olunub və ABŞ Atlantika donanmasının 2-ci eskadrasının tabeliyindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar