KÜNƏYƏ FİTİL, QULAĞA KLİZMA? - Axmaqlar, axı sizi xəbərdar etmişdilər!

Hazırkı situasiyada ən gülməli bidirsiniz nədir? - Amerikadakı seçkilərə Rusiyanın haker hücumlarının araşdırılması prosesinin davam etməsi! Biz, onsuz da klinik ölüm durumundayıq, üstəlik də əgər Trampın qələbəsində bizim iştirakımızın statistik xətadan artıq olduğu üzə çıxsa, o zaman «başını divara vurmaqdan savayı çarə qalmır». Aydın olur ki, prezident etdiyimiz adam əlüstü bizim sifətimizə tüpürüb, künəmizə təpik ilişdirir…

Kimlər isə əlində ABŞ bayrağı Sadovoda «dövrə» vurmağa hazırlaşırdı. İndi, güman ki, onlar fikirləşirlər - Allah vermədi. Yoxsa, Sadovoda əllərində bayraq çəkdirdikləri fotoşəkilə görə, ömür boyu xatırlayıb, onlara güləcəkdilər. Ümumiyyətlə, kimlərsə güləcək, kimlərsə yox. Bir neçə ildən sonra artıq xatırlyacağıq - nə üçün Trampın Ağ Evə soxulmasına bu qədər sevinirdik? Və buna görə, hər cür şadlıq faktı kompromata çevriləcək - onun «tilova gələn dayı» olduğu barədə bizlərə nağıl danışan hər kəsi Amerika casusu elan edəcəyik…

Axmaqlar, axı sizi xəbərdar etmişdilər! Demişdilər ki, Tramp bizim adam deyil və sizlərin künəsinə fitil qoyacaq, üstəlik də qulağınızı klizma edəcək! Heç 100 gün də keçmədi, Tramp isə artıq Soyuq Müharibəni «mirkrodalğalı soba»ya yerləşdirərək, qızdırdı. Hələlik, sadəcə, istidi, amma məqamı çatanda qaynatmağı da bacaracaq!

Sizə dedilər axı, hələ Obamanı uzun müddət yaxşılıqla xatırlayacaqsınız. Bu nədir? Obama «ÇMO» deyil, «ÇMO» - sizin hamınızsınız! Donald Tramp - öz vədlərini yerinə yetirən siyasətçinin unikal nümunəsidir. Ən azı, o, çalışır və bütün bunları sidq ürəkdən edir. Odur ki, onun doğma Amerikasında hamı qulaqlarını şəkləyib, indi isə dünya miqyasında insanlar qulaqlarını şəkləyəcəklər…

Əgər Obama sadəcə, nizam-intizam yaratmaqla hədələyirdisə, Tramp öz «tvitter»inin aşkarlığı ilə konkret işə keçib və anlayır ki, dörd il - az müddətdir, iş isə çoxdur…

İndiyə qədər hamı hesab edirdi ki, dünyada ən «lotu» - Putindir. Ona görə ki, ağlına gələnləri Putin qlobal miqyasda həyata keçirə bilirdi, üstəlik də onilliklər uzunu öz postunda oturmaqda davam edir, deməli, ağlına gələni yorulana qədər edə bilir. İndi isə birinciliyə ABŞ Prezidenti iddia edir. Ehtiyatda onun maksimum, 10 ili var və həmin 10 ildə Tramp bizim «rəis»dən xeyli çox işlər görə bilər…

Bu tarixçənin mənəvi tərəfi belədir: özün üçün «büt» yaratma. Fərəhlənmə ki, bu «büt»ü guya ki, sən özün yaratmısan və özün də «lox» olma…

Rusiya Suriyaya «girdi» - mümkün nəticələr barədə heç düşünmədi də. İndi isə biz, elə bir situasiya ilə üzləşmişik ki, bizim sınıq-salxaq «Admiral Kuznetsov»a cavab olaraq, ABŞ Suriya sahillərinə yarım eskadra gerçək aviadaşıyıcı göndərə və bizim dostumuz Əsədi «Tomaqavk» atəşinə tuta bilir.

Bu həftə biz, iki tutarlı zərbə aldıq. Amerikanın Suriyaya zərbəsi və terrorçuların Peterburqa zərbəsi. Mənə elə gəlir ki, bu zərbələrə biz yalnız bircə üsulla cavab verə bilərik - «raznaryadka» üzrə mitinqlərlə və televizorlarda yayımlanan isterika ilə…

Anton Orex, şərhçi (echo.msk.ru/blog/oreh)

Çevirdi - Mirzə AĞ

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar