Yeniyetmə cüdoçularımız Avropa kuboku yarışında 5 medal qazanıblar

Çex Respublikasında yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, millimiz aktivinə 3 qızıl, 1 gümüş, 1 bürünc medal yazdırıb.

Təmsilçilərimizdən Əli Əsgərzadə (50 kq), Vüsal İbrahimov (60 kq) və Vüsalə Kərimova (40 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. 55 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tanrıverdiyev yalnız finalda məğlub olaraq gümüş medal qazanıb. Eyni çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Əmrah Səlimli isə bürünc medala sahib olub.

Bununla da, ilk günün nəticələrinə görə millimiz komanda hesabında birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar