Tillerson və Lavrov Suriya problemini müzakirə ediblər

ABŞ-ın dövlət katibi Reks Tillersonla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

"Report"un məlumatına görə, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) "facebook" səhifəsində xəbər verilib.

Xəbərdə bildirilir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Diplomatlar aprelin 7-ə keçən gecə ABŞ Hərbi Hava Qüvvələrinin Suriya hökumətinin hərbi bazasına hava zərbəsi endirməsindən sonra yaranmış vəziyyəti müzakirə ediblər.

"Lavrov qeyd edib ki, terrorçuluqla mübarizə aparan ölkəyə hücum yalnız ekstremistlərin xeyrinə işləyir və regional, qlobal təhlükəsizlik üçün əlavə təhlükə yaradır" – deyə xəbərdə bildirilir.

Bundan əlavə, Rusiya XİN rəhbəri bildirib ki, Suriya hərbçilərinin aprelin 4-də İdlibdə kimyəvi silahdan istifadə etmələri xəbəri təsdiqini tapmayıb. O, həmçinin hadisə ilə bağlı dəqiq, qərəzsiz və peşəkar araşdırma aparmağa çağırıb.

Lavrov və Tillerson Suriya üzrə dialoqu birbaşa görüş zamanı davam etdirmək barədə razılığa gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar