İraqda İŞİD-in 3 komandiri məhv edilib

İraqın hərbi kəşfiyyatı Mosulda İŞİD terror qruplaşmasının Rusiyadan olan iki komandirinin məhv edildiyini xəbər verib.

"Report"un məlumatına görə, bu barədə "Alsumaria" telekanalı məlumat yayıb.

Kəşfiyyatçılar bildiriblər ki, terrorçular ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın təyyarələrinin Mosulun qərbinə endirdikləri zərbə zamanı öldürülüblər.

"Hərbi Kəşfiyyat İdarəsinin xəbərinə görə, beynəlxalq koalisiya Mosulun qərbində İŞİD-in əcnəbi əsilli bir neçə komandirini daşıyan avtomobilə zərbə endirib" – deyə telekanal bildirib.

Məlumata görə, hava zərbəsi nəticəsində əslində terror qruplaşmasının 3 komandiri öldürülüb. Onlardan biri – Əbu Hüzeyfə rus, "Əbu Tamar" isə çeçen əsillidir.

Lakin öldürülmüş daha bir İŞİD komandiri əl- Mətyutinin milliyyəti açıqlanmır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar