Tillerson ABŞ-ın Suriyaya dair prioritetlərini açıqlayıb

“İŞİD terror qruplaşması ilə mübarizə ABŞ-ın əsas prioritetidir”.

APA-nın “RİA Novosti”yə istinadə verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

“Hesab edirik ki, bizim birinci dərəcəli prioritet İŞİD üzərində qələbədir”, - deyə Tillerson CBS telekanalının müxbirinin ABŞ-ın Suriyaya qoşun yeritmək planının olub-olmamasına dair sualına cavab verərkən bildirib.

“Düşünürəm ki, İŞİD təhlükəsi azaldıqdan və ya ləğv edildikdən sonra diqqətimizi artıq Suriyada vəziyyətin sabitləşməsinə yönəldə bilərik”, - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson ötən həftə Ankarada rəsmi səfərdə olarkən bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin taleyini yalnız Suriya xalqı həll etməlidir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının artıq ABŞ üçün prioritet olmadığını qeyd etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar