OLİQARXLARIN LONDON SİRLƏRİ AÇILIR - Alınan mənzillər yenə də...

Böyük Britaniya hökuməti korrupsiya ilə mübarizə çərçivəsində dünyada ilk dəfə olaraq oliqarxların daşınmaz əmlakının xüsusi reyestrini yaradır.

Virtualaz.org xəbər verir ki, bu barədə “The Times” yazıb. Reyestrə Londonda offşor şirkətlərin vasitəsilə Londonda mülk və mənzillər alan oliqarxların, xarici hökumət məmurlarının ad və soyadları daxil ediləcək.

Bildirilir ki, Londonda mənzil alan oliqarxlar və xarici məmurlar onları əsasən Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş hansısa offşor şirkətlərin adlarına rəsmiləşdirirlər. Bu səbəbdən onların əsl sahibinin kimliyini bir çox hallarda müəyyənləşdirmək mümkün olmurdu. İndi isə yeni qanuna görə Londonda dəbdəbəli mülklərin və mənzillərin sahibi olanlar öz kimliklərini açıqlamaq məcburiyyətində olacaqlar.

Korrupsiya ilə mübarizə üzrə milli Agentlikdə hesab edirlər ki, yeni qaydalar daşınmaz əmlak bazarında şəffaflığı yüksəldəcək. Xüsusən Londonun mərkəzi rayonlarında mülk sahibi olan xaricilərin kimlikləri üzə çıxacaq və çirkli pulların yuyulmasına qarşı mübarizə aparmaq mümkün olacaq.

Britaniyanın biznes işləri üzrə nazirinin müavini Marqo Ceyms deyib ki, təmiz, vicdanlı biznesmenlər bu qaydadan narahat olmasınlar. Qəzetin yazdığına görə xarici oliqarxlar və məmurlar əsasən londonun Vestminister, Kensinqton və Çelsi rayonlarında mülk alırlar. Elə bu yaxınlarda Londonda 14 yeni malikanə satılıb ki, onların da 80 faizini xaricilər alıb.

“The Times” onu da xəbər verir ki, Londonun elit “The London City İsland” yaşayış kompleksindəki çoxmərtəbəli binalardakı mənzillərin sahiblərinin əksəriyyəti xaricilərdir. Məsələn, yaşayış kompleksindəki yeni istifadəyə verilən 29 mərtəbəli, 289 mənzilli binada mənzillərin cəmi ikisi Böyük Britaniya vətəndaşına məxsusdur. Bu binadakı qalan mənzillər Azərbaycan, Çin, Yaponiya, Zimbabve də daxil olmaqla 18 xarici ölkənin vətəndaşları tərəfindən alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar