Cocuq Mərcanlıda gün ərzində 2793 ədəd qəlpə aşkar edilib

anama_mermi_100616_(9)ANAMA 9 Aprel 2017-ci il tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Agentlikdən "Report"a verilən məlumata görə, Cocuq Mərcanlıda gün ərzində 2 min 793 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 71 min 208 kv.m ərazi (10 508 kv.m əl ilə, 13 600 kv.m mexaniki üsulla və 47 100 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Əlli bir gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun salınacağı əraziyə baxış keçirilib, 22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi), 6 ədəd piyada əleyhinə mina (OZM-72) və 36 ədəd tank əleyhinə mina (12 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 1 518 477 kv.m ərazi (449 420 kv.m əl ilə, 431 900 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 524 157 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar