Britaniya XİN başçısı Moskva səfərini ləğv etdi - Rusiyanın şərhi özünü çox gözlətmədi…

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Suriyada yaranmış vəziyyətlə balğı olaraq, Moskvaya təyin olunmuş səfərini ləğv edib. Onun Rusiya səfəri aprelin 10-a planlaşdırılmışdı.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilir: «Suriyadakı son hadisələr vəziyyəti fundamental olaraq dəyişib. İndi mənim prioritetim - «yeddilər»in 10-11 aprel tarixlərinə təyin olunmuş görüşü astanasında ABŞ və digər ölkələrlə təmasları davam etdirməkdən, bu ölkədə koordinasiya olunmuş barışığın əldə edilməsinə və siyasi prosesin intensivləşdirilməsinə nail olmaqdan ibarətdir. Mən, növbəti addımların atılmasını müzakirə edə bilmək üçün həmfikir həmkarlarımızla görüşlərin keçirilməsini təşkil etmək üzərində işləyəcəm».

Bundan əvvəl Conson öz «Tvitter» mikrobloqunda ABŞ-ın Suriyaya raket zərbələri endirməsini dəstəklədiyini və ABŞ dövlət katibi Tillersonla daim təmaslarda olduğunu yazıb.

Bundan dərhal sonra Rusiya tərəfi Britaniya XİN-n bəyanatını şərh edib: «Suriyada baş verənlərin, bu böhranın həlli üçün Rusiyanın səylərinin və prisipcə diplomatiyanın təyinatının başa düşülmədiyi göz önündədir…» - deyə, Rusiya diplomatiya idarəsi bəyan edib.

«Consonun Moskva səfərinin ləğv olunması Britaniya tərəfi ilə danışıqlardan bir fayda olmayacağı barədəki şübhələri bir daha təsdiqləmiş oldu. Belə ki, müasir dünyanın aktual problemləri barədə bu ölkənin öz mövqeyi və beynəlxalq proseslərin gedişinə real təsiri yoxdur. O, strateji həmkarlarının «kölgəsində» görünməz olub. Hesab etmirik ki, Londonla dialoq bizə, Britaniyanın özünə lazım olandan artıq lazımdır» - deyə, Rusiya XİN-nin şərhində daha sonra deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar