Dmitri Nazarov Almaniya klubunda növbəti qollarını vurub

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın II Bundesliqasında mübarizə aparan "Aue"nin heyətində növbəti qollarını vurub.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu XXVIII turun "Münhen 1860"la ev oyununda fərqlənib.

O, 42 və 73-cü dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Nazarov sonadək meydanda olub.

Bu qələbə sayəsində "Aue" xallarını 32-yə çatdırıb və 15-ci pilləyə yüksəlib. Eyni xala malik "Münhen 1860" isə 14-cüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar