VAŞİNQTON ƏSƏDİ DEVİRMƏYƏ ÇALIŞACAQ! - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (BMT) BMT-dəki daimi nümayəndəsi Hikki Heyli CNN kanalına müsahibəsində bəyan edib ki, lazım olacağı təqdirdə, ABŞ lideri Donald Tramp Suriya hərbi aerodromuna bircə raket zərbəsi ilə kifayətlənməyəcək.

«Əgər bundan daha artıq nə isə lazım gələrsə, Tramp onu edəcək» - deyə, Heyli xəbərdarlıq edib. O, qeyd edib ki, Ağ Evin başçısı özünün gələcək davranışını dünya ictimaiyyətinin və Suriyadakı münaqişə tərəflərinin reaksiyası ilə uzlaşdıracaq.

Bundan başqa ABŞ diplomatı qeyd edib ki, Suriya münaqişəsinin siyasi tənzimlənməsi Prezident Əsədin hakimiyyətdə saxlanması şəraitində mümkün deyil: «Əsədin rejim başında qaldığı halda münaqişənin siyasi yolla həllinin heç bir variantı yoxdur. Əgər Siz, vəziyyətə (Suriyada - red.) baxsanız, sülh və sabitlik şəraitində olan Əsəd hökumətini çətin ki, görərsiniz» - deyə, xanım Heyli bəyan edib.

Bununla yanaşı, daimi nümayəndənin sözlərinə görə, Əsədin devrilməsi ABŞ-n Suriyadakı yeganə prioriteti deyil: «Bir neçə prioritet var. Əsədin devrilməsi yeganə prioritet deyil». O, digər prioritetlər sırasına «İslam dövləti»nin darmadağın edilməsini, İranın Suriyaya təsirinin aradan qaldırılmasını və siyasi tənzimlənməni aid edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar