Əfqanıstanda 18 “Taliban” silahlısı öldürülüb

Əfqanıstan ordusunun Gündüz əyalətində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində “Taliban” hərəkatının 18 silahlısı öldürülüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstan ordusu məlumat yayıb.

Öldürülən silahlılar arasında “Taliban”ın nüfuzlu komandirlərindən biri Vahidullanın olduğu bildirilir.

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb. Ölkənin bir çox əyalətlərində “Taliban” hərəkatının səhra komandirləri və sıravi döyüşçüləri "sədaqət andı" içərək İŞİD-lə birləşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar