"Qarabağ" - "Qəbələ" oyununda qapılara qol vurulmayıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda lider "Qarabağ"la ən yaxın izləyicisi "Qəbələ"ə üz-üzə gəlib.

Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu heç-heçədən sonra "Qarabağ" xallarının sayını 53-ə, "Qəbələ" isə 49-a çatdırıb.

XXV tura aprelin 10-da keçiriləcək "Zirə" - "İnter" və AZAL "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Bu gün baş tutan açılış matçında "Kəpəz" Gəncədə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

“Qarabağ” – “Qəbələ” 0:0

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Tofiq Bəhramov adına Respublika stadionu

İlk 3 dövrədəki oyunlar - 0:2, 2:1, 0:2

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar