Astarada piyadanı maşın vuraraq öldürüb

Astara rayonunda õlümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Giləkəran kənd sakini, 1982-ci il təvəllüdlü Sultanov İlkin Məhərrəm oğlu naməlum avtomobil tərəfindən vurulub.

Adının Elvin olduğu deyilən sürücü yaralını Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə üçün Lənkəran morquna təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar