«Suriyaya raket zərbəsi endirmək üçün Trampın səlahiyyəti olmayıb!» - Senator Sanders

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ Demokrat partiyasından prezidentliyə keçmiş namizəd, senator Berni Sanders belə bir fikir səsləndirib ki, Suriyaya raket zərbəsi endirmək üçün dövlət başçısının müvafiq səlahiyyəti olmayıb. Xəbəri «NBC» yayıb.

«Mən düşünürəm ki, o, Birləşmiş Ştatların konqresinə gəlməlidir. Hesab edirəm ki, Tramp özünün uzunmüddətli məqsədləri barədə danışmalıdır» - deyə, Sanders bəyan edib.

Bundan əvvəl senator raket zərbələri ilə bağlı narahatlığını ifadə edərək, bildirmişdi ki, ABŞ Prezidenti Suriyada nəyə nail olmaq istədiyini ölkə sakinlərinə izah etməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar